“Qara qızıl”ın qiyməti bahalaşmaqdadır

İqtisadiyyat

20.01.2021 - 11:29

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir barreli 56 dollardan baha satılır

 

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşmaqda davam edir. Belə ki, Azərbaycanın “qara qızıl”I olan “Azeri Light” markalı neftin bir bareli 1,02 ABŞ dollarına qədər və ya 1,84 faiz bahalaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 56,39 ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Müəllif: Ayna.az