Azərbaycanda problemli kreditlərin həcmi azalıb

İqtisadiyyat

01.06.2020 - 03:46

Mayın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 8,1 faiz təşkil edib

 

Bu ilin may ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 232,4 milyon manat təşkil edib ki, bu göstərici son bir ayda 154,4 milyon manat və ya 11 faiz azalıb.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) AYNA-ya verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 40,7 milyon manat və ya 3,2 faiz azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 271,4 milyon manat və ya 18 faiz azalıb.

 

Qeyd edək ki, mayın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 8,1 faiz təşkil edib.

 

Xatırladaq ki, bu göstərici aprelin 1-nə 8,9 faiz, ilin əvvəlində 8,3 faiz, ötən ilin müvafiq dövründə isə 11,6 faiz olub.

Müəllif: Ayna.az