Neftin qiyməti son 11 ayda ilk dəfə 56 dolları keçib

İqtisadiyyat

08.01.2021 - 17:01

Həkimlər Klinikalar SEO Xidməti

“Brent” markalı neftin 1 barreli 56 dollardan bir qədər baha satılır

 

Dünya bazarında neft bahalaşır. AYNA xəbər verir ki, “Brent” markalı neftin 1 barreli 56 dollardan bir qədər baha satılır.

 

Bu 2020-ci ilin 26 fevralından bəri ən yüksək qiymətdir. Xarici ekspertlər bildirir ki, neftin bahalaşması koronavirusa qarşı peyvənd hazırlanması və OPEC+ ölkələrinin hasilatla bağlı razılıq əldə etməsi ilə bağlıdır.

Müəllif: Ayna.az