Brent markalı neftin qiymətində bahalaşma müşahidə olunub
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,47% artaraq 1 barelə görə 57,98 dollar təşkil edib.
AYNA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,53% artaraq 52,73 dollar təşkil edib.