Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

İqtisadiyyat

25.09.2019 - 12:10

Forumda yerli qurumların, diplomatik korpusun, Almaniyanın nüfuzlu şirkətlərinın rəsmiləri iştirak edəcəklər

 

Sentyabrın 27-də Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək. Bu barədə AYNA-ya Alman-Azərbaycan Ticarət Palatasından (AHK Azərbaycan) məlumat verilib.

 

“AHK Azərbaycan”ın təşkilatçılığı ilə keçiriləcək Forumda yerli qurumların, diplomatik korpusun, Almaniyanın nüfuzlu şirkətlərinın rəsmiləri, eləcə də maraqlı tərəflər iştirak edəcəklər.

 

Tədbirdə, həmçinin potensial yerli tərəfdaşlar bir araya gələcəklər. Forum yeni biznes ideyalarını müzakirə etmək, qarşılıqlı layihələrə başlamaq və peşəkar şəbəkəni genişləndirmək üçün unikal bir platforma təqdim edir. Maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, kənd təsərrüfatı və ərzaq bu ilki forumun əsas diqqət mərkəzindədir.

 

Qeyd edək ki, Almaniya-Azərbaycan biznes forumu hər il ənənəvi qaydada keçirilir.

Müəllif: Ayna.az