Deputat: "Atabank” cinayətkar bank idi

İqtisadiyyat

01.05.2020 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Vahid Əhmədov: “Biz başqa addımlar gözləyirdik, Mərkəzi Bank bunun əksini etdi”

 

“Mərkəzi Bank dörd banka  - “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin edib”.

 

AYNA Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

 

O xatırladıb ki, Mərkəzi Bankın qərarı ilə “Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edilib.

 

V.Əhmədov bu qərarlara görə, Mərkəzi Bankı tənqid edib:

 

“Biz başqa addımlar gözləyirdik, Mərkəzi Bank bunun əksini etdi. Bağlanan banklarda 850 milyon manat əmanət var. Bu vəsaitlərin taleyi necə olacaq? Olmazdı ki, Mərkəzi Bank həmin bankların rəhbərliyi ilə danışıqlar aparıb zəruri tədbirlər görəydi? Niyə Mərkəzi Bank bankların konsolidasiyasına getmədi?”.

 

Deputat həmçinin bildirib ki, “Atabank” cinayətkar bank idi: “Atabank” vəsaitləri xaricə köçürməklə məşğul idi. Bununla bağlı aidiyyəti qurumlar araşdırmalar aparacaq”.

Müəllif: Ayna.az