Rəy və təkliflər Nazirlər Kabinetinə göndəriləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. AYNA xəbər verir ki, iclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilib.
Hesabat deputatların müzakirəsinə çıxarılıb, ardınca səsverməyə çıxarılaraq qəbul edilib.
Deputatların hesabatla bağlı səsləndirdikləri rəy və təklifləri sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək.