“Qara qızıl”ın qiyməti ucuzlaşıb

İqtisadiyyat

10.09.2020 - 11:48

Azərbaycan neftinin qiyməti isə bir qədər bahalaşıb

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar geriləyərək 40,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar ucuzlaşaraq 37,96 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bir qədər bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,96 dollar artaraq 41,26 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az