Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib

Xəbərlər

11.12.2022 - 16:57

cedabet dərman SEO Xidməti

Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında dekabr ayının 10-da saat 16:55-də silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib. AYNA xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş