DİN-dən Beyləqandakı silahlı insident barədə açıqlama

Hadisə

18.07.2024 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

Tanışını güllələməkdə şübhəli bilinən şəxs tutulub

Beyləqanda tanışını güllələməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Samir Axundov saxlanılıb.

Hadisəni törədərkən istifadə etdiyi qundağı və lüləyi kəsilmiş odlu silah polis əməkdaşları tərəfindən müəyyən edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Beyləqanda silahlı insident olub. hadisə Məşədi Əzizbəyov küçəsində baş verib. 1978-ci il təvəllüdlü Axundov Samir Ənvər oğlu tanışı 1981-ci il təvəllüdlü Cuvarlı Yusif Taryel oğluna aralarında baş vermiş mübahisə zamanı atəş açıb. Y.Cuvarlı ayağından xəsarət alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş