DÇ-2022-nin açılış matçını Ekvador qazanıb

İdman

20.11.2022 - 23:22

Oyun Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu başa çatıb. 

AYNA xəbər verir ki, turnirin ilk matçında meydan sahibi Qətərlə Ekvador qarşılaşıb. 

A qrupu çərçivəsində keçirilən oyun Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hər iki qolu Enner Valensiya vurub. Hücumçu 16 və 31-ci dəqiqələrdə fərqlənib. 

Qeyd edək ki, A qrupunun digər matçı sabah keçiriləcək. Seneqal Niderlandla qarşılaşacaq. 

Müəllif: Ayna.az