Kiyevə 14 ədəd “Leopard 2” tankı göndərəcəklər
Danimarka və Hollandiya öz ehtiyatlarından Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərəcək. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bunu Krallığın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen deyib.
Məlumatı Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen də təsdiqləyib.
“Leopard 2” A4 modifikasiyalı tankların üçüncü ölkələrdən birlikdə alınaraq təmir ediləcəyi gözlənilir.
Tankların göndərilməsi 2024-cü ilin birinci rübündə gözlənilir.
Aprelin 1-də Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, NATO ölkələri Ukraynaya iki batalyon “Leopard 2” tankı və dörd batalyon “Leopard 1” tankı göndərəcək. Lakin onların sayı planlaşdırılandan artıq olmayacaq.