Daha bir qanunsuz tikintinin qarşısı alınıb

Xəbərlər

23.02.2023 - 13:39

cedabet dərman SEO Xidməti

Qanunsuz tikilən obyekt sökülüb

Masallı şəhərinin Digah yaşayış massivində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. 

Qeyd edilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Xidmət tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş