Daha 41 ukraynalı əsirlikdən azad edilib

Dünya

07.05.2022 - 09:48

Baş nazirin müavini: “Azad olunanlardan 11-i qadındır”

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib, 41 ukraynalı evinə qayıdıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat yayıb.

“Əsirlikdən qayıdanlardan 28-i hərbçi, 13-ü isə mülki şəxsdir. Azad olunanlardan 11-i qadındır”, - deyə Baş nazirin müavini söyləyib.

Müəllif: Ayna.az