COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

24.01.2023 - 17:45

Azərbaycanda son sutkada 563 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 563 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 71, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 137, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 940 465, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 423, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 706, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 208, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 128 nəfər təşkil edir.

Müəllif: Ayna.az