Azərbaycanda son sutkada 1 385 nəfərə peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 385 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 596, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 130 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 878 480, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 378 646, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 865 579, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 373 434, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 260 821 nəfər təşkil edir.