COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

21.02.2023 - 17:46

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 465 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 456 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 148, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 947 492, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 764, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 527, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 669, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 532 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş