COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

31.01.2023 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda son sutkada 44 nəfər koronavirusa qarşı peyvəndlənib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 444 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 150, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 942 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 031, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 964, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 262 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş