Azərbaycanda son sutkada 719 nəfər peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 719 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 179, üç və daha çox doza vaksin vurduranların sayı 285, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 59 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 914 719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 211, üç və daha çox doza vaksin vurduranların sayı 3 388 325, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 319 təşkil edir.