COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

09.10.2022 - 19:34

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada koronavirusa qarşı 723 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 723 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 237, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 234, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 48 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 898 187 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 893, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 650, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 262 183 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş