Son sutkada 30 mindən çox şəxs vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 796 peybənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 389, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 233 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 12 787 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 774 963, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 2 533 318 təşkil edir.