COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

26.12.2021 - 17:55

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirusa qarşı 21 minə yaxın peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 20 989 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 047, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 554, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 16 388 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 224 584, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 157 954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 662 012, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1 404 618 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş