COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

21.11.2021 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirus əleyhinə 25 256 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 256 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 325, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 16 422 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10 292 434, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 050 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 524 841, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 716 991 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş