COVID-19 əleyhinə neçə nəfər peyvənd olunub?

Xəbərlər

11.10.2022 - 17:42

cedabet dərman SEO Xidməti

 Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 786 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 898 973, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 760, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 069, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 921, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 262 223 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş