Conson: “Putin məni telefonda hədələməyə başladı və dedi ki, Boris...”

Dünya

30.01.2023 - 13:33

Britaniyanın sabiq Baş naziri Ukrayna müharibəsindən əvvəl Rusiya Prezidenti ilə telefon danışığının təfərrüatlarını açıqlayıb

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsindən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb.

AYNA xarici mediaya istinadən bildirir ki, “The Telegraph” qəzetində dərc olunan məqalədə Conson Rusiya Prezidentinin onu qorxutmaq istədiyini qeyd edib.

“Ona Ukraynaya hücum etməmək barədə xəbərdarlığım cavabı belə oldu: “Boris, siz Ukraynanın yaxın zamanlarda NATO-nun üzvü olmayacağını deyirsiniz. Burada hansı zamandan söhbət gedir?”. Mən isə  belə cavab verdim: “Ukrayna yaxın gələcəkdə NATO-ya üzv olmayacaq. Siz bunu çox yaxşı bilirsiniz”.

“Rusiya Prezidenti ilə telefon danışığımda Ukraynaya qarşı təcavüzün fəlakətə səbəb olacağını, Qərb sanksiyaları və NATO-nun Rusiya sərhədlərində genişlənəcəyini, Londonun isə Kiyevə dəstək verəcəyini dedim. Putin məni hədələməyə başladı və dedi ki, “Boris, mən sənə zərər vurmaq istəmirəm, lakin bu məsələ raketlərin köməyi ilə dəqiqələr ərzində həll olunacaq”, - deyə Conson qeyd edib.

Qeyd edək ki, sözügedən telefon danışığı 2022-ci il fevralın 2-də Boris Consonun Ukraynaya səfərindən sonra baş tutub.

Müəllif: Ayna.az