Cokoviç “Australian Open” turnirində iştirak etməyəcək

İdman

17.01.2022 - 03:19

Tennisçinin Avstraliyadan deportasiya ediləcəyi gözlənilir

Avstraliya Federal Məhkəməsi dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin vizasını ləğv edib.

AYNA TASS-a istinadən xəbər verir ki, məhkəmə Novak Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib.

Onun Avstraliyadan deportasiya ediləcəyi gözlənilir. Bununla da Novak Cokoviç “Australian Open” turnirində iştirak edə bilməyəcək.

Qeyd edək ki, serbiyalı məşhur tennisçi bir neçə gün öncə Avstraliya sərhəd orqanları tərəfindən saxlanılmışdı.

Müəllif: Ayna.az