Çinlə Honduras arasında diplomatik əlaqələr qurulub

Dünya

26.03.2023 - 12:13

Ölkələr bir-birinə hücum etməməyə və daxili işlərə qarışmamağa razılaşıblar

Çinin xarici işlər naziri Chin in Qanq Pekində Hondurasdan olan həmkarı Eduardo Enrike Reina ilə danışıqlar aparıb və onlar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair kommünike imzalayıblar.

AYNA xarici mediaya istinadən bildirir ki, sənəddə deyilir: “Çin Xalq Respublikası və Honduras Respublikası iki xalqın maraqlarına və gözləntilərinə uyğun olaraq bir-birini tanıyır və səfirlər səviyyəsində diplomatik əlaqələr qurur. Dövlətlər suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında dostluq münasibətlərini inkişaf etdirməyə, bir-birinə hücum etməməyə və daxili işlərə qarışmamağa razılaşıblar”.

Bundan əvvəl Honduras hökuməti Tayvanla diplomatik əlaqələri kəsmək qərarına gəlib. Qeyd olunur ki, ölkə Tayvanı Çinin tərkib hissəsi kimi tanıyıb.

Müəllif: Ayna.az