Çində son sutkada 35 minə yaxın insanda koronavirus aşkarlanıb

Dünya

02.12.2022 - 08:36

Çində koronavurusla bağlı son vəziyyət açıqlanıb

Çində son sutkada 34 980 nəfərə COVID-19 diaqnozu qoyulub. AYNA xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

Bildirilib ki, yoluxmanın aşkarlandığı şəxslərdən 30 702 nəfərdə xəstəlik simptomsuz, 4 278 nəfərdə isə simplomlu qeydə alınıb.

Qeyd edək ki, srağagün Çində qeydə alınan yoluxma hallarının sayı 36 061 olub.

Müəllif: Ayna.az