Çin Tibetdə zəlzələ zonasına yardım üçün 400-dən çox hərbçi göndərib

Dünya

07.01.2025 - 18:21

Həkimlər Klinikalar SEO Xidməti

Tibetdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb

Çin Xalq Azadlıq Ordusu dağıdıcı zəlzələnin baş verdiyi Tibet Muxtar Rayonuna 400-dən çox hərbçi göndərib.

Bu barədə AYNA“Sinxua” agentliyinə istinadən xəbər verib.

Qeyd olunub ki, təxminən 2 min əsgər və zabit yüksək hazırlıq vəziyyətinə gətirilib və istənilən an axtarış-xilasetmə əməliyyatlarına qoşula bilər. Əməliyyat zamanı ölkənin Hərbi Hava Qüvvələrinin helikopterləri, nəqliyyat və tibbi təyyarələri istənilən vaxt cəlb oluna bilər.

Çin Xalq Azadlıq Ordusu zərər çəkmiş əraziləri yoxlamaq üçün pilotsuz uçuş aparatları da cəlb edib.

Son məlumatlara görə, Tibetdə 6,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş