Çin tariflərlə bağlı ABŞ adminstrasiyası ilə əlaqə saxlayıb

Dünya

18.04.2025 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

Donald Tramp: "Onlar artıq bir neçə dəfə bizimlə əlaqə saxlayıblar"

Çin rəsmiləri artıq gömrük rüsumları ilə bağlı ABŞ administrasiyası ilə əlaqə saxlayıblar. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Deyərdim ki, onlar artıq bir neçə dəfə bizimlə əlaqə saxlayıblar", Tramp vurğulayıb.

ABŞ Prezidenti çinli həmkarı ilə əla münasibətlərə malik olduğunu da söyləyib: “Mənim Çin lideri Si Cinpinlə çox yaxşı münasibətim var və düşünürəm ki, bu, davam edəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş