Çin Rusiya ilə hərbi əməkdaşlığa hazır olduğunu açıqlayıb

Dünya

30.03.2023 - 12:18

“Moskva ilə Pekin arasında münasibətlər hərbi ittifaq deyil və üçüncü ölkələrə qarşı yönəlməyib”

Çin ordusu sülh və təhlükəsizliyin möhkəmləndirilməsi naminə Rusiyanın silahlı qüvvələri ilə əməkdaşlığa hazırdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefey bildirib.

“Çin ordusu strateji koordinasiya və kommunikasiyanı daha da gücləndirmək üçün iki dövlətin liderlərinin əldə etdiyi konsensusun tam şəkildə həyata keçirilməsi üçün Rusiya ordusu ilə birlikdə səy göstərməyə hazırdır”, - deyə Kefey deyib.

Eyni zamanda o, Moskva ilə Pekin arasında münasibətlərin hərbi ittifaq olmadığını və üçüncü ölkələrə qarşı yönəlmədiyini vurğulayıb.

Çin rəsmisi əlavə edib ki, Çin və Rusiya orduları strateji koordinasiyanı gücləndirməyi, müntəzəm olaraq dənizdə və havada birgə təlimlər keçirməyi planlaşdırırlar.

Müəllif: Ayna.az