Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub

Xəbərlər

11.01.2023 - 17:19

cedabet dərman SEO Xidməti

Azərbaycan və Türkiyənin XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Yanvarın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş