Ceyhun Bayramov Qətərə səfər edib

Xəbərlər

05.03.2023 - 11:03

cedabet dərman SEO Xidməti

Yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur

4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb. Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş