“Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”
“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir”.
AYNA xəbər verir ki, bunu Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri təyin edilmiş Samir Nuriyev öz “Facebook” səhifəsində yazıb.
Yeni PA rəhbəri ona göstərilən bu yüksək etimada görə Prezidentə öz dərin minnətdarlığını bildirərək, “Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”, - deyə qeyd edib.