Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə görüşüb

Xəbərlər

15.04.2024 - 01:02

Nazirlər strateji tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb. AYNA xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər.

Müəllif: Ayna.az