Çexiya XİN rəhbəri türkiyəli həmkarı ilə görüşəcək
Çexiya xarici işlər naziri Yan Lipavski Türkiyəyə səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 25-də baş tutacaq səfər çərçivəsində Çexiya XİN rəhbəri türkiyəli həmkarı ilə görüşəcək.
Görüşdə iki ölkə arasında münasibətlər, Türkiyə - Aİ münasibətləri, beynəlxalq və regional vəziyyət müzakirə olunacaq.