Murad Şahbazov Günəşli kəndində özünü asıb
Cəlilabadda əsgərin intiharı faktı araşdırılır. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, 2003-cü il təvəllüdlü əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.