Cəlilabadda 22 yaşlı gənc intihar edib

Hadisə

05.02.2024 - 19:07

İntiharın səbəbi hələlik məlum deyil

Cəlilabad rayonunda intihar hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Səttarxan adlı yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Ə.Məmmədov özünü asaraq, həyatına son qoyub.

Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az