CAR Prezidenti COVID-19-a yoluxub

Dünya

13.12.2021 - 08:52

Həkimlər Klinikalar SEO Xidməti

Ramafosa səlahiyyətlərini bir həftə müddətinə vitse-prezidentə həvalə edib

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa COVID-19 virusuna yoluxub. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Prezident səlahiyyətlərini bir həftə müddətinə vitse-prezident Devid Mabuzaya təhvil verib.

69 yaşlı Ramafosanın test nəticələri dekabrın 12-də müsbət çıxıb. Prezident yüngül koronavirus simptomları ilə müalicəyə cəlb edilib.

Qeyd olunur ki, ölkə başçısının səhhəti Keyptaunda keçirilən tədbirdə iştirak etdikdən sonra pisləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş