"Bu, artıq oliqarxların tərksilah edilməsidir"

Cəmiyyət

18.10.2019 - 19:00

Ələsgər Əhmədoğlu: “Problemin hüquqi və siyasi məsuliyyətini Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi daşıyır”

 

Prezident İlham Əliyevin son müşavirədə media ilə bağlı səsləndirdiyi fikirlər bir neçə gündür ki, qızğın müzakirə mövzusuna çevrilib. Əksər media ekspertləri, jurnalistlər iddia edirlər ki, dövlətin media siyasəti ilə bağlı ciddi islahatlar aparılmalıdır. 

 

Tanınmış hüquqşünas, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) AYNA-ya müsahibəsində medianın bugünkü durumu, Prezidentin son çıxışı və s. ilə bağlı sualları cavablandırıb, problemlərin həlli yollarını təklif edib.

 

- Ələsgər müəllim, bu gün çap mediasına dövlət dəstəyini qənaətbəxş hesab etmək olarmı?

 

- Mediaya dəstək vermək istəyiriksə, artıq ölmüş, heç kimin oxumadığı qəzetləri zorla, sırf aldığı vəsaiti göstərmək üçün kağızları, kağız hazırlanmasına sərf olunan ağacları məhv etməkdənsə, daha alternativ metodlar tapmaq lazımdır. Medianı pul verərək ayaqda tutmağın mümkün olmadığı çox aydın şəkildə görünür. Bundan 15 il öncə Azərbaycanın mediasındakı reklam bazarının qiyməti 50 milyon manatdan çox idi. Dövlət Statistika Komitəsinin keçən il açıqladığı rəqəm isə 7 milyon manat olub. Yəni 50 milyondan 7 milyona qədər geriləmə var. Bu da onun göstəricisidir ki, respublikada bu qədər inkişaf olmasına, ölkənin ümumdaxili məhsulunun, büdcəsinin, əhalisinin gəlir səviyyəsinin xeyli artmasına baxmayaraq, medianın imkanları, təxminən, 7 dəfə aşağı düşüb.

Картинки по запросу ələsgər məmmədli

- Sizcə, bunun səbəb və ya səbəbləri nədir?

 

- Səbəb ələbaxımlılıqdır. Media dövlət yardımına möhtac olduğu müddətdə, o, yardım çərçivəsində mövcud olur və ya ümumiyyətlə mövcud olmur. İndiki halda dövlətdən ayrılan vəsait də elə böyük məbləğ deyil. İldə qəzetlərə 1-2 milyon manat vəsait ayrılması medianı ayaqda tuta bilməz. Əksinə, bu, medianı ələbaxımlı edir və yox edir. Bugünkü medianın da gəldiyi durumun səbəbi budur. Birbaşa yardımlar mediada ələbaxımlılıq yaratdı və media özünün biznes planını qura bilmədi. Media özü də bir biznes qurumudur axı. Elə sizin çalışdığınız, vaxtilə qəzet formasında çıxan “Ayna-Zerkalo” ildə yarım mliyon manat məbləğində reklam alırdı. Amma statistik göstəricilərə görə, 2018-ci ildə bütün qəzetlərin reklamı 900 manat olub. Bu da onu göstərir ki, bu sektor mövcud deyil, sadəcə olaraq dövlət büdcəsindən ayrılan pulları hansısa formada istifadə etməklə jurnalistləri əldə saxlamaq üçün alətdir.

 

- Mövcud durumdan çıxmaq üçün nələr etmək olar?

 

- Düşünürəm ki, format dəyişməlidir. Mediaya dəstəyi bimənalı olaraq bu formatdan çıxarıb, başqa formata keçirmək lazımdır. Medianın reklam bazarına verilən pullar vergidən azad olunmalı, media üçün kadr yetişdirmək məqsədilə təkcə dövlət universitetlərində deyil, digər özəl univeristetlərdə də jurnalistika fakültələrinin olmasına imkan yaradılmalıdır. Ən önəmli faktor isə reklam mühitində sağlam rəqabət yaradılmalıdır. Məsələn, SOCAR verməsə, başqa yerdən neft, qaz ala bilərikmi, “Azərsun” istehal etməsə, başqa yerdən duz ala bilcəyikmi, yox. Yəni Azərbaycanda iqtisadiyyat monopoliyalaşıb, monopoliyalaşmış iqtisadiyyatda da heç vaxt reklam olmayacaq. Reklam olmayan təqdirdə də medianın inkişafından danışmaq mümkün deyil. Bunlar bir-birinə çox bağlı məsələlərdir. Bazar liberallaşmalıdır, bazara müdaxilə yönlənməməlidir. Eyni zamanda tənzimləmə adı altında dövlət oyunçu kimi çıxış etməməlidir, medianın azadlıq mühiti geniş tutulmalıdır, müdaxilə olmamalıdır.

 

-  Sadaladıqlarınız kifayət edəcəkmi?

 

- Bununla yanaşı media vergidən, əlavə dəyər vergisindən azad olunmalıdır, verilən reklamlara görə sahibkarlardan vergi tutulmamalıdır, bir sözlə, əlavə xərclər azaldılmalıdır. Bunlar müxtəlif ölkələrdə də tətbiq olunur. Azərbaycanda isə bu sahədə ciddi problemlər var və təəssüf ki, həm Ermənistandan, həm də Gürcüstandan bu sahədə çox geridə qalırıq. Bütün bunlar da Azərbaycan mediasını çox ciddi şəkildə tənəzzülə aparıb çıxarır.

 

- Bu ilin əvvəlində qəzetləri kateqoriyalara böldülər. Sizcə, qəzetlərin kateqoriyaya ayrılması doğru addım idi?

 

-  Əgər ayrılan pulu 5 adama vermək istəyirlərsə, ona görə də standartlar müəyyən edəcəklər. Tirajı artıracaqlar, hər gün çap olunacaqlar, yəni dolyasıyıla pulu burdan götürüb, ora qoyacaqlar. Bu isə mediaya aid məsələ deyil. Sadəcə bəlli bir qrupun dövlət büdcəsindən ayrılan vəsaiti o formada alıb, bir hissəsini onlara işləyən şəxslərə paylaması, müəyyən bir hissəsini isə mənimsəməsidir. Mediaya yardım bu formada olmur. Buna görə də hansı qəzetin hansı kateqoriyaya aid edilməsi özlərindən asılıdır, kim daha yaxındırsa, ona çox verirlər, kim məsafəlidirsə, az. Bir sözlə, pu

Müəllif: Rumiyyə Miraslan