Britaniya Ukraynaya göndərəcəyi raketləri sınaqdan keçirib

Dünya

21.06.2026 - 13:11

Raketlər 483 kilometrdən artıq məsafədə yerləşən hədəfləri vurmaq və 250 kiloqramlıq döyüş başlığı daşımağa qadirdir

Böyük Britaniya Hebrid adalarında Ukraynaya tədarük ediləcək yeni uzaqmənzilli raketlərin sınaqlarını keçirib. AYNA.AZ bu barədə “The Telegraph” qəzetinə istinadən bildirir.

Məlumata görə, bu raketlər 300 mildən (483 kilometrdən) artıq məsafədə yerləşən hədəfləri vurmaq və 250 kiloqramlıq döyüş başlığı daşımağa qadirdir.

Bildirilib ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi müdafiə sənayesi şirkətlərinə saatda 370 mildən (600 kilometrdən) çox sürət yığa bilən raketlərin hazırlanmasını tapşırıb. Bir raketin dəyəri təxminən 400 min funt sterlinq təşkil edir.

Xatırladaq ki, Britaniya yeni raketlərin ilk partiyasını bir il ərzində Ukraynaya göndərməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş