Aİ-də Rusiya ilə danışıqlarda təmsilçi məsələsində fikir ayrılığı yaranıb

Dünya

20.06.2026 - 20:52

"Bu gün Avropa İttifaqı adından kimin danışacağına qərar verməyə ehtiyacımız yoxdur"

Rusiya ilə dialoq bərpa olunarsa, Avropa İttifaqında (Aİ) Avropanın maraqlarını kimin təmsil etməsi ilə fikir ayrılığı yaranıb. AYNA.AZ bildirir ki, Almaniya kansleri Fridrix Merz Moskva ilə danışıqlarda "Bu gün Avropa İttifaqı adından kimin danışacağına qərar verməyə ehtiyacımız yoxdur" deyib.

Qeyd edək ki, “Bloomberg” 17 iyunda Avropa Şurasının prezidenti António Kostanın Kremllə şəxsi əlaqədə olduğunu yazıb.

“Reuters” Merzin sözlərinə istinadən yazıb: "Biz təmsilçilik məsələsini) danışıqlar başlayanda həll edəcəyik”. O Rusiyanın Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparmaq istəməməsinə işarə edib.

Merz əlavə edib ki, Kosta "bu işdə mühüm rol oynamalıdır". O portuqaliyalı siyasətçinin Aİ-ni təmsil etdiyini və Avropa Şurasının işinin yaxşı təşkil olunmasını təmin etdiyini bildirib.

António Kosta əvvəllər Merz və Fransa Prezidenti Emmanuel Makron tərəfindən sərt tənqid olunmuşdu. DPA-nın məlumatına görə, Berlin, Paris və London Avropa sülh səylərində aparıcı rolunu qorumaq istəyirlər. Agentliyin məlumatına görə, Berlin təşəbbüsü "koordinasiyasız" və "qeyri-peşəkar" kimi qiymətləndirib, hətta onu "təhqir" adlandırıb.

Aİ sammitinin Ukraynaya həsr olunmuş iclasında Almaniya kansleri Kostaya danışıqlar mandatı verməkdən imtina edib.

“Bloomberg”in məlumatına görə, Kostanın müşaviri və Rusiya Prezidenti Vladimir Putinə yaxın yüksək vəzifəli Rusiya rəsmisi gələcəkdə daha məzmunlu müzakirələr üçün yol açmaq məqsədilə iki telefon danışığı aparıblar.

Nə Kostanın rəsmi sözçüsü, nə də Kremlin sözçüsü agentliyə vəziyyətlə bağlı şərh verib. Nəşr əlaqələrin nə vaxt baş tutduğunu və ya kimin iştirak etdiyini dəqiqləşdirməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş