Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb - VİDEO

Xəbərlər

20.06.2026 - 17:39

Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 29-cu kilometrliyində yerləşən anbarda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

"Belə ki, obyektdə mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 29-cu kilometrliyində yerləşən anbarın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib",-deyə FHN-dən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş