Avropa Komissiyasından İrəvana "təcili dəstək"

Dünya

20.06.2026 - 10:14

Avropa İttifaqı Ermənistana 34 milyon avro ayırıb

Avropa Komissiyası (Avropa İttifaqının icra orqanı) "Rusiyanın ticarət məhdudiyyətlərinin təsirini azaltmaq üçün" Ermənistanın özəl sektoruna 34 milyon avro "təcili dəstək" ayırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu qərar iki həftə əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı əldə edilən razılaşmalardan sonra verilib.

Əvvəllər xəbər verilib ki, Ermənistan Aİ-nin maliyyə yardımından Rusiyanın məhdudiyyətləri səbəbindən zərər çəkən meyvə, tərəvəz, şərab, konyak, mineral su və gül ixracatçılarına kompensasiya ödəmək üçün istifadə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş