"Livanda baş verənlər Avropa İttifaqını dərindən narahat edir”
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İsraili Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb. AYNA.AZ bu barədə TASS-a istinadən bildirir.
"Livanda baş verənlər Avropa İttifaqını dərindən narahat edir. İsrailin Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi vacibdir", - deyə o Aİ sammitindən sonrakı yekun mətbuat konfransında bildirib.
Çıxışı zamanı və jurnalistlərin suallarına cavab olaraq o görüşdə İsrailə və ya ayrı-ayrı İsrail liderlərinə qarşı mümkün sanksiyaların müzakirə olunub-olunmadığını deməyib.
Qeyd edək ki, oxşar çağırışlar əvvəllər bir neçə Aİ ölkəsində edilib.