Pakistanın Baş naziri ABŞ-İran danışıqlarında iştirak edəcək

Dünya

21.06.2026 - 10:47

Şahbaz Şərif İsveçrədə keçiriləcək ABŞ-İran danışıqlarda iştirak edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 21-də İsveçrədə keçiriləcək ABŞ-İran danışıqlarda iştirak edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İrana məxsus diplomatik mənbə bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri - Stiven Uitkoff və Cared Kuşner İranla danışıqlar aparmaq üçün İsveçrədədirlər.

Pakistan Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ və İran nümayəndələri arasında danışıqların iyunun 21-də İsveçrənin Bürgenstok kurort zonasında keçiriləcəyini açıqlamışdı. Müzakirələrdə ABŞ və İran nümayəndələri, eləcə də Pakistan və Qətər vasitəçiləri iştirak edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş