Braziliyada məktəbdə insident olub, ölən və yaralananlar var

Dünya

28.03.2023 - 00:21

13 yaşlı yeniyetmə 71 yaşlı müəllimi öldürüb

Braziliyanın San-Paulu şəhərində məktəblərin birində insident baş verib, ölən və yaralananlar var.

AYNA bu barədə “Globo” telekanalına istinadən xəbər verir.

Təhsil müəssisəsində 13 yaşlı yeniyetmə 71 yaşlı müəllimi öldürüb, daha üç müəllimi və şagirdlərdən birini yaralayıb.

Mühafizəçilər onu tutaraq polisə təhvil verib. Digər zərərçəkənlərə tibbi yardım göstərilib.

Müəllif: Ayna.az