Breverman: "Mən səhv etdim, məsuliyyəti qəbul edirəm, istefa verirəm"
Böyük Britaniyanın daxili işlər naziri istefa verib. AYNA-nın xəbərinə görə, nazir Suella Breverman şəxsi elektron poçtundan rəsmi sənəd göndərdikdən sonra hökumətdən istefa verib.
O, istefa məktubunda hökumətin təhlükəsizlik qaydalarını pozduğunu etiraf edərək bildirib ki, səhvə yol verib:
“Mən səhv etdim, məsuliyyəti qəbul edirəm, istefa verirəm",- deyə keçmiş nazir qeyd edib.
O, həmçinin hökumətin yol aldığı istiqamətlə bağlı narahatlığını da dilə gətirib.
Bununla da Seulla Breverman 1834-cü ildən bəri ən qısa müddətdə xidmət edən daxili işlər naziri olub.