Böyük Britaniyanın Baş naziri Rusiyaya çağırış edib

Dünya

01.08.2023 - 09:24

cedabet dərman SEO Xidməti

Rişi Sunak publisist Kara-Murzanın azad edilməsinə çağırıb

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Rusiyada dövlətə xəyanətdə təqsirli bilinən publisist Vladimir Kara-Murzanın (Rusiya Federasiyasında xarici agent kimi tanınır) azadlığa buraxılmasına çağırıb. AYNA xəbər verir ki, bu barədə Baş nazir “Twitter” hesabında yazıb.

“Vladimir Kara-Murzanın şikayətinin rədd edilməsi əsassızdır. Publisist dərhal azad edilməlidir. Böyük Britaniya onu və ailəsini dəstəkləyir”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Rusiya Appelyasiya Məhkəməsi Kara-Murza üçün 25 il həbs cəzasını qanuni sayıb. Bu qərar onun Moskva Şəhər Məhkəməsinin çıxardığı hökmdən şikayətinə baxıldıqdan sonra qəbul edilib.

Xatırladaq ki, aprelin 17-də Moskva Şəhər Məhkəməsi Kara-Murzanı dövlətə xəyanətdə, arzuolunmaz təşkilatla əməkdaşlıqda və Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda təqsirli bilib. Kara-Murza 2022-ci ilin yazında həbs edilib. Publisist ittihamları rədd edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş