Bosniya və Herseqovinaya Aİ üzvlüyü üçün namizədlik verilməsi tövsiyə olunub

Dünya

12.10.2022 - 21:47

Həkimlər Klinikalar SEO Xidməti

Aİ: "Qərbi Balkanların inteqrasiyasını sürətləndirəcək"

Avropa Komissiyası Bosniya və Herseqovinaya Aİ-yə üzvlük üçün namizəd statusunun verilməsini tövsiyə edib.

AYNA xəbər verir ki, bu barədə Avropa Komissiyasının qəbul etdiyi 2022-ci il üçün Genişlənmə Paketində qeyd yer alıb.

Avropa Komissiyası Bosniya və Herseqovinada demokratiyanın, dövlət institutlarının funksionallığının, qanunun aliliyinin, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsi, media azadlığının təmin edilməsi və miqrasiya idarəçiliyinin gücləndirilməsi istiqamətində bir sıra addımların atıldığını qeyd edərək bu ölkəyə Aİ-yə üzvlük üçün namizədlik statusunun verilməsini Aİ Şurasına tövsiyə edib

"Avropa Komissiyası islahat səylərini dəstəkləməyə davam edəcək və bütövlükdə Qərbi Balkanların inteqrasiyasını sürətləndirəcək", Aİ institutunun bəyanatında qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş